ADA-nın prorektoru: Kibermühit yeni fenomendir və biz bu məsələni nəzarətdə saxlamalıyıq | |
Azərbaycan çoxmədəniyyətli ölkədir. Biz müxtəlif mədəniyyətlərin qovşağında yaşayırıq və bu bizim həyat tərzimizdir. Lakin radikal ekstremist ideologiya və tolerantlıq arasında mübarizə var. Bəzən resurslar məhdud olur. Belə anlarda yaradıcı olmalısınız.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” panelində deyib.
O qeyd edib ki, tələbələri böyük vəsait tələb etməyən proqramlara cəlb etmək lazımdır: “Bu proqramlar effektiv olur. Biz tələbələrimizi müxtəlif dini məbədlərə aparırıq və beləliklə onlar mədəniyyətlərlə tanış olurlar. ADA Universitetində Afrika, Asiya ölkələrindən tələbələrin cəlb edilməsi üçün proqramlar var. Onlar ölkəmizin mədəniyyəti ilə tanış olurlar. Kibermühit yeni fenomendir. Biz bu məsələləri nəzarətdə saxlamalıyıq. Çoxşaxəlilik yaratmalıyıq və kurikulumdan kənar fəaliyyətdə də bunları tətbiq etməliyik”.
|
|
01.05.2024 | 16:02 | |
|
|
|