Direktor müavinləri üçün təlimlər davam edir
Ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər davam edir.
 
Növbəti təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərə təqdimatla çıxış edərək idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanmasının vacibliyindən danışıb.
 
Daha sonra müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
 
Qeyd edək ki, təlimlərin əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.


01.05.2024 | 15:16