“Təhsil” Respublika İdman Mərkəzinin stolüstü tennis üzrə Respublika birinciliyi keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin stolüstü tennis üzrə Respublika birinciliyi keçirilib.

 

Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.  

 

Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydaları əsasında yeniyetmə oğlan və qızlar arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 10 komanda olmaqla, ümumilikdə 160 nəfər idmançı qatılıb.

 

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd stolüstü tennis idman növünün təbliği və inkişaf etdirilməsi, onların yarış təcrübələrinin artırılması, Mərkəzin yeniyetmələrdən ibarət yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.

 

 



01.05.2024 | 14:07