Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub | |
Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin başçılıq etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri çərçivəsində Ankarada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, geniş formatda keçirilən müzakirələrdə Azərbaycan tərəfindən elm və təhsil nazirinin müşaviri Azər Abizadə, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov da iştirak ediblər.
Türkiyənin təhsil nazirinin müavini Celile Eren Okten Azərbaycanla qarşılıqlı fəaliyyətin, o cümlədən təhsil prosesinin hüquqi bazasının təkmilləşdirilməsi məsələləri üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Həsən Həsənli qardaş ölkəyə səfərdən məmnunluq ifadə edib, Azərbaycanın əməkdaşlığa və təhsil sahəsində Türkiyənin təcrübəsini öyrənməyə hazır olduğunu vurğulayıb.
|
|
30.04.2024 | 16:27 | |
|
|
|