MÜTDA: 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 aprel 2024-cü il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib.
 
Bununla bağlı valideynlərə SMS bildirişləri göndərilib. Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər 1 may 2024-cü il saat 11:00-dan etibarən mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.
 
Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir. 


30.04.2024 | 15:37