MDU-nun tələbələrinin humanist addımı | |
Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin tələbələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Uşaq Nevroloji Sanatoriyasının sakinlərini ziyarət ediblər. Tələbələr özləri ilə gətirdikləri ərzaq və geyimləri balaca sakinlərə veriblər.
Şöbə müdiri Sevinc Abbasovanın verdiyi məlumata görə, sanatoriya 30 ildən çoxdur ki, fəaliyyət göstərir. 2015-ci ildən sanatoriya yeni binaya, hazırda fəaliyyət göstərdiyi ünvana köçürülüb. Burada 22 uşağa xidmət göstərilir. Onlardan 5 nəfəri məktəbə gedir, lakin onların da nevroloji problemləri var. Digərləri hələ həm azyaşlıdır, həm də sağlamlıqları oxumağa imkan vermir. Uşaqlarla 58 nəfərlik heyət məşğul olur. Onlardan 4 nəfəri həkim, 15 nəfəri tibb bacısı və digərləri dayə və xadimələrdir.
Qeyd edək ki, müasir avadanlıqlarla təchiz olunan sanatoriyada uşaqların rahatlığı və müalicəsi üçün əlverişli şərait yaradılmışdır. |
|
05.11.2018 | 14:49 | |
|
|
|