“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsinin açılış mərasimi baş tutub

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 300 tələbənin iştirakı ilə “Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, mərasimdə giriş nitqi ilə çıxış edən “Bir Könüllü” Tələbə Təşkilatının rəhbəri Leyla Zeynalova müsabiqə, həmçinin şərtləri barədə ətraflı məlumat verib və komandalara uğurlar arzu edib.

 

Tədbirdə iştirak edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andereeva, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov gənclər üçün təşkil olunan və yekununda ortaya məhsul qoyan bu cür layihələrin böyük əhəmiyyətindən bəhs edib.

 

Sonra Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov və Elm və Təhsil Nazirliyinin İctiamiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxış ediblər. Tələbəlik illərində təhsilin müxtəlif faydalı imkanlarını dəyərləndirməyi tövsiyə edən qonaqlar iştirakçılara hakaton günlərində nailiyyət arzu ediblər.

 

Qeyd edək ki, hakaton formatında keçirilən müsabiqənin əsas məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsidir.

 



29.04.2024 | 10:05