BDU Türkiyənin Kapadokya Universiteti ilə Anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Kapadokya Universiteti arasında Anlaşma memorandumu və “Erasmus” mübadilə protokolu imzalanıb.


“Azərbaycan müəllimi” BDU-ya istinadən xəbər verir ki, memorandum və protokolu BDU-nun rektoru Elçin Babayev və Kapadokya Universitetinin rektoru Hasan Ali Karasar imzalayıb.


Anlaşma memorandumunda birgə konfranslar, seminarlar, simpoziumların keçirilməsi, ortaq elmi tədqiqat layihələrinin işlənməsi, akademik və inzibati heyətin, tələbə, doktorant və tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.


“Erasmus” mübadilə protokolu çərçivəsində də bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi həyata keçiriləcək.
 

Qeyd edək ki, Kapadokya Universitetinin əsası 2005-ci ildə qoyulub. 4 fakütə, 11 mərkəz və şöbənin fəaliyyət göstərdiyi universitetdə 9000-ə yaxın tələbə təhsil alır.

 



29.04.2024 | 10:45