RFO-nun informatika fənni üzrə final turu keçirilib | |
Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə final turu keçirilib.
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, iştirakçılar ölkənin müxtəlif rayon və şəhərlərini əhatə edir.
Final turu Bakı şəhərində ADA Universiteti və Bakı Ali Neft Məktəbində (Bayıl korpusu) təşkil edilib.
Qeyd edək ki, aşağı yaş qrupu üzrə 79 nəfər, yuxarı yaş qrupu üzrə isə 60 nəfər imtahanda iştirak edib.
RFO “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil olunur.
|
|
28.04.2024 | 16:05 | |
|
|
|