Təhsil işçilərindən ibarət idman klubu yaradılır
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin iştirakı ilə idman klubu yaradılacaq.
 
Bu barədə "Azərbaycan müəllimi"nə regional təhsil idarəsindən məlumat verilib.
 
Bildirilib ki, idman klubunun yaradılmasında məqsəd sağlam həyat tərzinə və idmana marağın artırılması, təhsil işçiləri arasında əməkdaşlığın və komanda quruculuğu bacarıqlarının inkişaf etdirilməsidir.
 
İdman klubuna üzv olmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.
 
 
Qeyd edək ki, idman klubuna üzv olan təhsil işçilərinin iştirakı ilə mütəmadi olaraq müxtəlif idman günləri, yarışlar və tədbirlər keçiriləcək.


26.04.2024 | 14:52