Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb | |
“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar məktəblilərlə maarifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqəti artırmaq və ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etməkdən ibarətdir.
Görüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəblilərə ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, canlı aləmin qorunub saxlanmasının vacibliyi barədə məlumat verilib. Təbii sərvətlərin qorunması, ekoloji mühitin təmizliyi işinə yeniyetmə və gənclərin nə kimi töhfə verə biləcəklərinə dair maarifləndirici söhbətlər aparılıb.
Daha sonra ətraf mühitin qorunması istiqamətində məktəblilərin irəli sürdükləri layihələrlə bağlı müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.
|
|
25.04.2024 | 15:44 | |
|
|
|