Müəllim nə üçün gündəlik (cari) planlaşdırma aparmalıdır? | |
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 33.3.2. bəndinə uyğun olaraq müəllim, həm də təhsil proqramlarının mənimsənilməsini təmin etmək və keyfiyyətli təhsil vermək vəzifəsini icra edir.
"Azərbaycan müəllimi" məlumat verir ki, bu barədə BŞTİ nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi (TDM) sosial şəbəkələrdə elan etdiyi "1 sual, 1 cavab" rubrikasında yazıb.
Məlumatda qeyd olunur: "Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün intizam və mülki məsuliyyət daşıyır. Müəllim işinin keyfiyyəti isə onun fəaliyyəti doğru planlaşdırmasından asılıdır. Bu nə qədər mexaniki görünsə belə, ən yüksək təcrübəyə malik olan müəllimlərin hər yeni günü üçün özünəməxsusdur. Bu özünəməxsusluq sinif mühiti, şagirdlərin öyrənmə ehtiyacı və maraqları, şagird sayı, müəllimin nəzəri-metodiki hazırlığı ilə müəyyən olunur. Bir dərs üçün təlim məqsədinin təyin olunması, nəzəri və ya praktik materialların öyrədilməsi, həmin öyrənmə üçün strategiyalarının (forma, üsul və s.) müəyyənləşdirilməsi, müxtəlif səviyyəli tapşırıqların hazırlanması və nailiyyətlərin qiymətləndirilməsi tələb olunursa, bütün bunları sistemli planlaşdırmadan icra etmək olduqca çətindir. Bu baxımdan müəllimin gündəlik planlaşdırılma aparması zəruridir".
|
|
25.04.2024 | 09:16 | |
|
|
|