ADPU-nun 3 komandası “Robotex Türkiyə”də qalib olub

Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Çempionatında çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) komandaları möhtəşəm uğura imza atıblar.

 

ADPU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin yarışmada iştirak edən 3 komandasının hər biri qalib olub.

 

Belə ki, ADPU-nun Kompüter elmləri kafedrasının və STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışa qatılan “ADPU GİRLS” komandası “Girls Firefighting” kateqoriyası üzrə I yerə, “HYDROTESK” komandası “Water Rally” kateqoriyası üzrə I yerə, “AZİRRİGATİON” komandası isə “Green Entrepreneurship” kateqoriyası üzrə III yerə layiq görülüb.

 

Qeyd edək ki, Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab olunur. 2024-cü ildə keçirilən “Robotex Türkiyə” yarışmasında dünyanın 11 ölkəsindən 18 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışıb. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

 

 



23.04.2024 | 10:48