Bakı məktəblərində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 06-22 aprel 2024-cü il tarixlərində https://anket.edu.az/link/265  portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
 
Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.
 
Namizədlər üçün tələblər:
 
Mütləq

Təhsil

Psixologiya üzrə ali təhsil

Sistem üzrə

  • Dövlət təhsil standartları haqqında müvafiq biliklər
  • Vakant vəzifə üzrə əmək funksiyaları
  • Plan və hesabat əsaslı çalışma

İKT səriştələri

  • Word
  • Excel
  • Power point

Sosial–emosional səriştələr

  • Fərqli xüsusiyyətli və müxtəlif yaş qrupuna aid şagirdlərlə ünsiyyət qurma və işləmə bacarığı
  • Emosional, qeyri-stabil vəziyyətlərdə çalışma bacarığı
  • Sərbəst nitq qabiliyyəti
  • Müxtəlif mədəniyyətlərə qarşı tolerantlıq və fərqli komanda üzvləri ilə çalışma bacarığı
  • Analitik qabiliyyətlər
  • Özünü fərdi və komanda üzvü kimi ifadə etmək imkanları
  • Müəssisə daxilində qəbul edilmiş nizam-intizam qaydalarına riayət etmək

Gözləntilər

  • Müəllim, sinif rəhbərləri, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, uşaq birliyi təşkilatı rəhbəri ilə sıx əməkdaşlıq qurmaq
  • Mütəmadi olaraq valideynlərlə görüşlərdə iştirak etmək
  • Rəhbərliyin qərarı əsasında müxtəlif tədbirlərdə iştirak etmək
  • Şagirdlərin fəal olaraq tədris prosesinə qoşulmasını dəstək olmaq
  • Məktəbdə psixoloji mühiti sağlam olmasına dair məsuliyyəti özü üzərinə götürmək və müvafiq tədbirlər görmək
  • Daim yerli və beynəlxalq təcrübələri araşdırmaq
  • Təhsilverənlər, təhsilalanlar və valideynlərlə (qəyyumlarla) ünsiyyət qurmaq və onlar arasında kommunikasiyanı təmin etmək;

Müsabiqə prosesi:

İşə qəbul şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət olmaqla (elektron qeydiyyat, test imtahanı və müsahibə) müsabiqə yolu ilə həyata keçirilir.

1.Müsabiqənin I mərhələsində mərkəzləşdirilmiş proqram təminatı vasitəsilə ərizələrin elektron qeydiyyatı həyata keçirilir və namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil və iş təcrübəsi haqqında məlumatların iddia olunan vəzifəyə uyğunluğu yoxlanılır. Ərizədə qeyd edilən məlumatların düzgünlüyünə görə namizəd məsuliyyət daşıyır.

2. Müsabiqənin II mərhələsi (test imtahanı) vəzifə, İKT və məntiq üzrə test suallarının cavablandırılmasından ibarət olacaq. Test 100 bal təşkil edən 40 sualdan (vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sualdan) ibarətdir. Keçid həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal olmaq şərtilə) 62 bala bərabərdir. 62 və 62 baldan çox toplamış namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.

3. Müsabiqənin III mərhələsində (müsahibə) namizədə 5-15 dəqiqə ərzində ixtisas üzrə açıq və praktik suallar veriləcək.

4. Müsahibəni uğurla keçən namizədlər müsahibə nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Uğurla keçib yerləşdirilməyən şəxslər isə kadrlarn ehtiyyat bazası siyahısına daxil ediləcəklər. Bu siyahıya daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi növbəti psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinin elan olunmasına qədər keçirilə bilər.  

5. Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı və ya müsahibə proqramının meyarlarına uyğun olmadığı müəyyən edilərsə, həmin namizədin nəticələri ləğv edilir və o, müsabiqədən kənarlaşdırılır.

6. İmtahan və müsahibəyə hazırlıq üzrə tövsiyələr:

Psixoloq bunları bilməlidir: “Təhsil haqqında”, “Psixoloji yardım haqqında”  və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında Konvensiyanı; “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə qərarı;  təhsilin inkişaf konsepsiyası və strategiyasını, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı hüquqi aktları; əməyin mühafizəsini, sağlamlığının qorunmasını; ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını; fərdi və qrup məsləhətinin müasir metodlarını; uşağın inkişafının müayinəsi və psixoloji yardım metodlarını; müəllimlərin etik davranış qaydalarını; informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

  • Vəzifə üzrə: psixoloq vəzifəsində çalışmaq müxtəlif yaş qrupuna aid olan şagirdlərlə,   eləcə də pedaqoji kollektivlə ünsiyyət qurma və təhlil etmə bacarıqları tələb edən bir məsuliyyətdir. Odur ki, ixtisas üzrə test sualları və müsahibə mərhələsinə hazır olmaq üçün dövlət təhsil standartları, psixoloji xidmət haqqında biliklər, əmək qanunvericiliyi, yetkinlik yaşına çatmayan uşaqlarla iş prinsipləri, pedaqogika və psixologiyanın əsasları, yaş psixologiyası, Pedaqoji Şuranın fəaliyyəti, digər təlim və tədris istiqamətləri haqqında müvafiq məlumatlarla yaxından tanış olmaq tövsiyə olunur.
  • Məntiqi təfəkkürün və analitik düşüncənin tətbiqini tələb edən test suallarının cavablandırılması;
  • İKT səriştələrinin ölçülməsinə dair test sualları praktiki xarakterli sual və tapşırıqlardan ibarətdir.

Qeydiyyat: https://anket.edu.az/link/265

22.04.2024 | 14:42