DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

“Qəbul imtahanlarında yenilik tətbiq olunacaqsa, bu, azı iki il əvvəl elan edilir”.

 

Bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

DİM rəhbəri bildirib ki, qəbul imtahanlarında yeniliklər tətbiq olunmazdan əvvəl Elm və Təhsil Nazirliyinin mütəxəssisləri ilə birlikdə geniş müzakirə aparılır: “Növbəti mərhələdə addım-addım yenilikləri tətbiq edirik. Hər tədris ilinin əvvəlində gələcək imtahan modelini çap edirik. Hər kəs noyabr, dekabr ayında çap olunan imtahan proqramları ilə tanış olub, imtahanın hansı çətinlikdə olacağını təsəvvür edə bilər. Təəssüf ki, belə elmi yanaşmaları müşahidə etmirik”.

 

 



19.04.2024 | 16:38