“Zərif mühəndislər” təqaüd proqramı elan olunub | |
Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaq.
Namizədlərin seçimi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələsindən ibarət olacaq. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaq. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcək.
Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.
Müraciət üçün son tarix 30.04.2024-cü ildir.
Layihəyə kimlər müraciət edə bilər:
Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü; Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
Yuxarıdakı sosial kriteriyalara cavab verən 1-ci kurs magistr tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.
|
|
19.04.2024 | 14:45 | |
|
|
|