211 nömrəli tam orta məktəbin direktor müavininə töhmət verildi | |
211 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini töhmət alıb.
Bu barədə "Azərbaycan müəllimi"nə bildirilib ki, məktəbin həyətyanı sahəsində ağac və gül kollarının əkilməsi ilə bağlı təşəbbüslə əlaqədar maarifləndirmə zamanı yol verdiyi yanlışlığa görə 211 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Balıyevanın izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi töhmət verilib.
Təhsil müəssisələrində məktəb-icma münasibətlərinin sağlam müstəvidə inkişafı və valideynlərin kütləvi tədbirlərdə könüllü iştirakının təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılır.
|
|
18.04.2024 | 19:43 | |
|
|
|