“Azərbaycan dili fənninin tədrisi metodikası” proqramı əsasında təlimçilərin metodik bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər başlayıb | |
“Azərbaycan dili fənninin tədrisi metodikası” proqramı əsasında təlimçilərin metodik bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər (ToT) başlayıb
“Azərbaycan dili fənninin tədrisi metodikası” proqramı əsasında təlimçilərin metodik bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı təlimlər (ToT) başlayıb.
"Azərbaycan müəllimi" Təhsil İnstitutuna istinadən xəbər verir ki, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ixtisas fənni Azərbaycan dili olan təlimçilərin metodik bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə “Azərbaycan dili fənninin tədrisinin təşkili metodikası” proqramı əsasında təlimə başlanılıb. 12-13 aprel tarixində MDPİM-də baş tutan ilk seminarlar Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, fil.ü.f.d. Könül Nəhmətova tərəfindən keçirilib.
“Azərbaycan dilinin metodoloji əsasları”, “Azərbaycan dilinin tədrisinə kommunikativ yanaşma” mövzularında keçirilən seminarlarda təkmilləşdirilən fənn kurikulumu ilə mövcud kurikulumun müqayisəsi, Azərbaycan dilinin məqsəd və vəzifələri, fənnin iki əsas predmeti – dil və nitq, yeni tədris vasitələrindən istifadə, dilin tədrisində əsas metodlar və kommunikativ metodun müasir nitq bacarıqlarının formalaşmasında rolu kimi məsələlər müzakirə olunub, dərs nümunəsi təqdim edilib.
Qeyd edək ki, Bakı şəhəri, Abşeron və digər rayonlardan dəvət olunan təlimçilərin iştirakı ilə başlayan təlimin növbəti seminarlarının iyun ayında keçirilməsi nəzərdə tutulub.
|
|
18.04.2024 | 17:16 | |
|
|
|