Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür mövcuddur | |
"Məktəb psixoloqları ilə bağlı yanlış təsəvvür mövcuddur. Düşünürlər ki, 1 nəfər 800 şagirdə xidmət etməlidir".
"Azərbaycan müəllimi" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin tətbiqinə dair keçirilən dəyirmi masada deyib.
O bildirib ki, şagirdlərin psixoloji inkişafına, tədris fəaliyyətinin şagirdlərin psixologiyasına təsirini məktəb psixoloqu müəllimlərlə birgə öyrənməli və dəstək olmalıdır.
“Məktəb psixoloqu terapiya aparan şəxs deyil”, - deyə nazir fikrinə əlavə edib.
|
|
18.04.2024 | 16:26 | |
|
|
|