Məktəblərdə şagirdlər arasında davalara ən çox müdaxilə edənlər məktəblinin dostları olub
Məktəblərdə şagirdlər arasında davalara ən çox müdaxilə edənlər "Məktəblinin dostları" layihəsi çərçivəsində prosesə cəlb olunan əməkdaşlardır. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə "Məktəblinin dostu" layihəsinə dair tədbirdəki çıxışında deyib.
 
O bildirib ki, məktəblinin dostları şagirdlərin pis vərdişlərə meyillənmələrinin qarşısının alınmasında da mühüm rol oynayırlar:
 
"Aparılan sorğu zamanı məlum olub ki, şagirdlərin siqaretdən istifadə və spirtli içki qəbul etdiklərini gördükdə həm müəllimlər, həm də "Məktəblinin dostları" buna müdaxilə edirlər. Lakin burada "Məktəblinin dostları"nın payı daha artıqdır. Şagirdlər "siqaret təklif olunanda kimə məlumat verirsiniz?" sualına  cavabında daha çox valideynlərinə məlumat verdiklərini deyiblər, təbii ki, bu da normaldır. Lakin məktəb daxilində yenə də əsasən, "Məktəblinin dostları"na məlumat verdiklərini qeyd ediblər".


18.04.2024 | 15:24