Müəllimlərin gender bərabərsizliyi tədrisin keyfiyyətinə təsir etmir
"Kişi və qadın müəllimlərin sayının artıb- azalması ilə bağlı rəqəmlərdə dəyişiklik yoxdur".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
 
O bildirib ki, ənənəvi olaraq qadın müəllimlərinin sayı kişi müəllimlərdən çoxdur. 
 
"Bu tendensiya dəyişmir. Sosial- iqtisadi məsələlərlə də bağlı ola bilər. Biz bununla bağlı keyfiyyət dəyişikliliyini müşahidə etmirik və belə bir tədqiqat da yoxdur. Uşaqların təlim- tərbiyəsində gender amilinin təsirli olmasına dair də mənim şübhələrim var".


18.04.2024 | 13:04