AzMİU tələbəsi Kolumbiya Universitetində təhsil alacaq | |
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) inşaat fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli “İnşaat mühəndisliyi” ixtisası üzrə ABŞ-nin ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində magistr təhsili almaq hüququ qazanıb.
AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, Fuad Cəfərlinin təhsil alacağı Kolumbiya Universiteti Nyu-York şəhərinin mərkəzində yerləşir və ABŞ-nin “Sarmaşıq” liqasının üzvüdür. Bu liqaya ABŞ-nin ən nüfuzlu universitetləri daxildir. Kolumbiyanın illik ortalama qəbul faizi 4%-dir. Yəni, sənəd göndərənlərin sadəcə 4%-i burada təhsil almaq haqqı qazanır.
Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib. Onların arasında 79-dan çox şəxs Nobel mükafatına layiq görülüb. Universitet akademik hazırlığın səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çox tələbə təhsil alır, onların 20%-ni digər ölkələrdən gələnlər təşkil edir.
|
|
17.04.2024 | 15:52 | |
|
|
|