Maksimum bal toplamış şagirdlərin regionlar üzrə BÖLGÜSÜ | |
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
“Azərbaycan müəllimi” yüksək bal toplayan şagirdlərin regionlar üzrə bölgüsünü araşdırıb.
Həmişə olduğu kimi, paytaxt birincidir. Bakı şəhərindən 14 məktəbli yüksək bal toplayıb.
Həsənli Rəsul Təbib oğlu (Bakı şəhəri, Nizami rayonu, 62 saylı məktəb-lisey); Əzimli Ayla Nemət qızı (Bakı şəhəri, Sabunçu rayonu, 28 saylı orta məktəb); Əlizadə Rəbiyyə Həsən qızı (Bakı şəhəri, Nərimanov rayonu, 57 saylı orta məktəb); Hacızadə Nihad Samir oğlu (Bakı Türk Liseyi, Türkiyə Dəyanət Vəqfi); Xasıyeva Jalə Ceyhun qızı (Bakı şəhəri, Nərimanov rayonu, 36 saylı orta məktəb); Quliyeva Leyla Eldar qızı (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi); Məmmədsoy Həmidə Valeh qızı (Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey); Mirzəli Ülkər Səməd qızı (Bakı şəhəri, Səbail rayonu, 329 saylı orta məktəb); Cəfərova Nərmin Ənvər qızı (Bakı şəhəri, Nizami rayonu, 238 saylı orta məktəb); Həsənzadə Ayla Anar qızı (Bakı şəhəri, Kaspi liseyi); Rüstəmli Fidan Sənan qızı (Bakı şəhəri, Sabunçu rayonu, 72 saylı məktəb-lisey); Əliyev Məhəmməd Vüsal oğlu (Bakı şəhəri, Ankara Məktəbi Məktəb-liseyi (əvvəlki 77 saylı orta məktəb); Əliyev İlkin Fariz oğlu (Bakı şəhəri, Nərimanov rayonu, 36 saylı orta məktəb); Çələbi Nurlanə Elşən qızı (Bakı şəhəri, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya).
Sumqayıt şəhərindən öz nəticələri ilə fərqlənən 6 nəfər Abşeron – Xızı Regional Təhsil İdarəsini fərqləndirib.
Ələsgərov Amil Tofiq oğlu (Sumqayıt şəhəri, 1 saylı orta məktəb); Məmmədov Fərid Ruslan oğlu (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya); Hüseynli Aytac Vüqar qızı (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya); Garayzadə Kənan Rafiq qızı (Sumqayıt şəhəri, “İstedad” liseyi (humanitar və təbiət riyaziyyat təmayüllü)); Nuruyev Elgün Akif oğlu (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya); Abdullayeva Türkan Ceyhun qızı (Sumqayıt şəhəri, 16 saylı orta məktəb).
3 Gəncə məktəblisi topladığı balla Gəncə – Daşkəsən Regional Təhsil İdarəsini önə çıxarıb.
Əzizova Həqiqət Anar qızı (Gəncə şəhəri, 27 saylı Riyaziyyat-informatika təmayüllü lisey); Hüseynova Nuray Emin qızı (Gəncə şəhəri, 39 saylı şəhər orta məktəbi); Əhmədova Nəzrin Ramil qızı (Gəncə şəhəri, 30 saylı şəhər orta məktəbi).
Qarabağ Regional Təhsil İdarəsinə tabe olan Füzuli rayonundan bir məktəbli fərqlənib. Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən də bir şagird maksimum nəticə göstərib.
Əlizadə Sevinc Fuad qızı (Füzuli rayonu, 33 saylı orta məktəb); Rüstəmzadə Sona Səfər qızı (Kəlbəcər rayonu, 37 saylı orta məktəb).
Qazax – Tovuz Regional Təhsil İdarəsi üzrə fərqlənən 3 məktəbli ayrı-ayrı rayonlarda yaşayır. Onlar Ağstafa, Qazax və Tovuz məktəbliləridir.
Məhərrəmzadə İlahə Rəşad qızı (Tovuz rayonu, M.Ələkbərov adına şəhər orta məktəbi); İsgəndərli Həcər Emil qızı (Ağstafa rayonu, Həsənsu kənd orta məktəbi); Yusifova Səbinə Vüqar qızı (Qazax rayonu, Dəmirçilər kənd orta məktəbi).
1 Quba məktəblisi Quba – Xaçmaz Regional Təhsil İdarəsini fərqləndirib.
Gülməliyeva Sevil Rövşən qızı (Quba rayonu, Aşağı Atuc kənd orta məktəbi).
Lənkəran – Astara Regional Təhsil İdarəsi Masallı rayonundan olan 2 məktəblisi ilə öyünür.
Rzayeva Ceyran Anar qızı (Masallı rayonu, Şərəfə kənd orta məktəbi); Əsədullayev Amin Arif oğlu (Masallı rayonu, 3 saylı şəhər orta məktəbi).
Şəki – Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 Qax məktəblisi, Mil-Muğan Regional Təhsil İdarəsi və Şirvan-Salyan Təhsil İdarəsi üzrə 1 məktəbli fərqlənib.
Harunova Humay Abdurahman qızı (Qax rayonu, 4 saylı şəhər orta məktəbi); Nəzirova Ayşən Fikrət qızı (Qax rayonu, 4 saylı şəhər orta məktəbi); Səfərova Leyla Abuzər qızı (Saatlı rayonu, Varxankənd kənd orta məktəbi); Hacılı Lamiyyə Firdovsi qızı (Biləsuvar rayonu, Xırmandalı kənd 1 saylı orta məktəbi).
Naxçıvan Muxtar Respublikasından 4 məktəbli əb yüksək nəticə göstərib.
Hüseynzadə Hafizə Canpolad qızı (Naxçıvan şəhəri, 1 saylı orta məktəb); Nağıyeva Leyla Arif qızı (Naxçıvan şəhəri, 12 saylı orta məktəb); Əbilov Ziya Namiq oğlu (Naxçıvan MR Şərur rayonu, Fizika-riyaziyyat təmayüllü lisey); İsmayıllı Kənan Mehman oğlu (Naxçıvan MR Culfa rayonu, 3 saylı şəhər orta məktəbi).
Ruhiyyə DAŞSALAHLI
|
|
16.04.2024 | 16:00 | |
|
|
|