Təhsil Tələbə Krediti Fonduna 44000-ə yaxın tələbə müraciət edib

Bu günə qədər Təhsil Tələbə Krediti Fonduna 44000-ə yaxın tələbə müraciət edib və müraciətlərin 33000-dən çoxu rəsmiləşdirilib.

 

Fonddan “Azərbaycan müəllimi”nə bildirilib ki, müraciətləri rəsmiləşdirilənlərin  19000-dən çoxu qadın, 14000-ə yaxını isə kişi tələbələrdir.

 

 



16.04.2024 | 13:15