“Xəmsə” milli intellektual oyunu | |
Göygöl Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “Xəmsə” milli intellektual oyununun rayon mərhələsi keçirilib.
Rayon təhsil şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova tərəfindən daxil olan məlumata görə, oyunun keçirilməsində əsas məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir. Rayonun 16 ümumtəhsil məktəbindən IX, X və XI sinif şagirdləri mübarizə aparıblar.
İntellektual oyunda şəhər 3 nömrəli , Üçtəpə kənd və şəhər 6 nömrəli tam orta məktəblərinin komandaları müvafiq olaraq I, II və III yerləri tutublar.
Şakir CƏFƏROV
|
|
12.03.2018 | 10:30 | |
|
|
|