Qeyri-formal və informal təhsil üzrə qiymətləndirilməsi və tanınması aparılan peşə ixtisaslarının sayı 35-ə çatdırılacaq | |
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na müvafiq olaraq qeyri-formal və informal təhsil üzrə qiymətləndirilməsi və tanınması aparılan peşə ixtisaslarının sayının 2026-cı ilə qədər 35-ə çatdırılması nəzərdə tutulub.
Bu barədə “Azərbaycan müəllimi”nə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova bildirib.
K.Əhmədova deyib ki, qeyri-formal təhsil formal təhsil mühitindən kənarda baş verən, yəni, müxtəlif kurslarda, dərnəklərdə, təlim və ya fərdi məşğələlərdə, o cümlədən iş mühitində əldə edilən bilik, bacarıq və səriştələrin məcmusudur. Digər tərəfdən isə, informal təhsil özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni, gündəlik həyatımızda müxtəlif mənbələrdən maraq dairəmizə, yaxud da ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən bütün səriştələr bura aid edilə bilər.
Məlumat üçün bildirək ki, hal-hazırda 20 ixtisas üzrə TKTA tərəfindən ixtisasların tanınması həyata keçirilir. Bu ixtisaslar aşağıdakılardır:
1. Bərbər, 2. Bağban-dekorator, 3. Qənnadçı-şirniyyatçı, 4. Tikiş avadanlıqlarının operatoru, tikişçi, 5. Baytar texniki, 6. Mobil telefonların təmiri ustası, 7. Plastik boru qaynaqçısı, 8. Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar, 9. Elektrik qaz qaynaqçısı, 10. Turizm sahəsində iaşə üzrə mütəxəssis, 11. Avtomobillərin təmiri üzrə çilingər, 12. Aşpaz, 13. Əməliyyatçı mühasib, 14. Dayə, 15. Heyvandarlıq mütəxəssisi, 16. Bitkiçilik mütəxəssisi, 17. Dərzi, 18. Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis, 19. Bərbər-vizajist-manikürçü, 20. Zərgər.
Vaqif FƏTULLAYEV
|
|
09.04.2024 | 12:01 | |
|
|
|