20 mindən çox vətəndaş müraciəti cavablandırılıb

2024-cü ilin ilk rübündə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə,  ümumilikdə 21695 müraciət daxil olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və cavablandırılıb.

Müraciətlər, əsasən xaricdə təhsil, arayışların əldə edilməsi, təhsil müəssisələrinə bərpa, tələbələrin köçürülməsi, əlavə təhsil və digər məsələlərlə bağlı olub.

 



09.04.2024 | 11:46