Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək | |
Elm və təhsil naziri Emin Əmrullayev 19 aprel tarixində Samux rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər.
Adları çəkilən şəhər və rayonların sakinləri 15 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
|
|
08.04.2024 | 15:06 | |
|
|
|