Ümumi təhsil müəssisələrində aparılacaq monitorinqlərin təşkili ilə bağlı təlim keçirilib
Aprelin 6-da Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə nazirlik, agentlik və Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışan bir qrup əməkdaş üçün təlim keçirilib. 
 
 
Təlimdə ümumi təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, hüquqpozmalar, hüquqpozmaya şərait yaradan halların müəyyənləşdirilməsi, təlim-tərbiyə prosesində şəffaflığın təmin olunması, həmçinin monitorinqlərdə iştirak edəcək şəxslərin işgüzar keyfiyyətlərinin artırılması, səmərəli əməkdaşlığın qurulması istiqamətində nəzəri və praktik maarifləndirmə həyata keçirilib, fikir mübadiləsi aparılıb.
 
 
Təlim nazirliyin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi Xəqani Qurbanov və agentliyin Ümumi təhsilin təşkili şöbəsinin baş mütəxəssisi Yeganə Abdullayevanın təqdimatları əsasında keçirilib. 
 
 
Təlim müddətində eyni zamanda cari ildə ümumi təhsil müəssisələrində aparılacaq monitorinqlərlə bağlı meyar, indikator və qiymətləndirmə istiqamətləri üzrə hazırlanmış çərçivə sənədi haqqında məlumat verilib.


08.04.2024 | 12:07