Suçiçəyinə yoluxmuş bir şagird imtahana buraxılmayıb, qayda pozan 5 şagird isə xaric edilib | |
İlkin məlumatlara əsasən, bu gün keçirilən ümumi (9 illik) orta təhsil üzrə buraxılış imtahanına gələn 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.
"Azərbaycan müəllimi" qəzeti xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd olunub.
Əlavə edilib ki, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
|
|
07.04.2024 | 16:11 | |
|
|
|