Nazir müavini Firudin Qurbanov Goranboyda vətəndaşları qəbul edib | |
Aprelin 5-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Goranboy rayonunda vətəndaşları qəbul edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Goranboy şəhəri “Şəhidlər” xatirə-abidə kompleksinin önünə gül dəstələri düzülüb.
Daha sonra nazir müavini Goranboy Rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Goranboy və Naftalan sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətləri işə qəbul, iş yerinin dəyişdirilməsi, çalışmanın yaş həddinin artırılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
|
|
05.04.2024 | 17:26 | |
|
|
|