İlahə Rəsulova: "450 məktəbəqədər təhsil müəssisəsində qidanın saxlanılması, tərkibi ilə bağlı yoxlamalar aparılıb" | |
MÜTDA-nın Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Facebook səhifəsində canlı yayımda “Qida” pilot layihəsi haqqında məlumat verib.
Agentlik rəsmisi bildirib ki, keçən ildən başlayaraq, Bakının 4 rayonu və 3 region bu layihəyə qoşulub. Sorğu nəticəsində layihənin müsbət qiymətləndirildiyini nəzərə alaraq, bu il layihə genişləndirilib, eyni zamanda qida keyfiyyətini nəzərə alaraq 2023-cü ildə Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilib, nəticədə 450 məktəbəqədər təhsil müəssisəsində qidanın saxlanılması, tərkibi ilə bağlı yoxlamalar aparılıb, 1600 qida ilə birbaşa əlaqədə olan şəxslər təlimləndirilib.
Lamiyə
|
|
04.04.2024 | 18:11 | |
|
|
|