BSU-da ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan tələbələri arasında müsabiqə keçiriləcək | |
Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP 29-un təşkili ərəfəsində universitetin Tədbirlər Planına uyğun olaraq BSU və digər ali təhsil müəssisələrinin jurnalistika ixtisaslarında (bakalavriat və magistratura səviyyələrində) təhsil alan tələbələri arasında müsabiqə keçiriləcək. BSU-dan bildirilib ki, müsabiqənin istiqamətləri və iştirak qaydaları aşağıdakı kimidir:
I istiqamət: Ən yaxşı jurnalist təhlili “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin media tərəfindən işıqlandırılmasının (qəzet, radio, televiziya, sosial media və s.) təhlili
Son qeydiyyat: 17 may 2024 Mükafatlandırma: 6 iyun 2024
II istiqamət: Ən yaxşı jurnalist materialı
Azərbaycanda keçirilən COP 29-un təşkili ərəfəsində ölkədəki tədbirlərdən birinin tələbələr tərəfindən uğurlu şəkildə işıqlandırılması (məqalə, sujet, çarx və s.)
Son qeydiyyat: 29 noyabr 2024 Mükafatlandırma: 18 dekabr 2
Eyni zamanda, hər biri 100 azn olmaqla, hər iki istiqamət üzrə həvəsləndirici mükafatlar da təqdim olunacaq.
Qaliblər müxtəlif media qurumları və peşəkar jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən ediləcək.
Müsabiqədə iştirak etmək istəyən tələbələr istiqamətlər üzrə yazılarını son qeydiyyat tarixinə qədər actgreen@bsu-uni.edu.az ünvanına göndərə bilərlər.
|
|
04.04.2024 | 10:00 | |
|
|
|