Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinə start verilib | |
Təhsilin İnkişafı Fondu yerli ali təhsil müəssisələrinin tələbələri üçün “Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsini elan edib.
Fonddan bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrə təhsilin inkişafına töhfə verə biləcək ideya və təkliflərini təqdim etmək üçün imkan yaratmaq və onları dəstəkləməkdir.
Müsabiqədə ölkə üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan ideya və təkliflər aşağıdakı prioritet sahələrdən birini əhatə etməlidir:
Müsabiqə 2 mərhələdən ibarətdir.
I mərhələdə iştirakçılar tərəfindən təqdim olunan ideya və təkliflər aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndiriləcək:
I mərhələdən II mərhələyə keçid balı 60 bal təşkil edir. Təqdimatlar yalnız Azərbaycan dilində qəbul edilir.
I mərhələnin tələblərinə cavab verərək minimum 60 bal toplamış müraciətçilər müsabiqənin II mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Bu mərhələdə tələbələr müsabiqənin prioritet sahələrindən birinə müraciət etdikləri təqdimatlarla peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinin qarşısında çıxış edəcəklər.
II mərhələdə iştirakçılar aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Qeyd olunan meyarlar üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olacaq.
Mükafatlandırılma aşağıdakı formada aparılacaq: I yer – 1000 AZN II yer – 750 AZN III yer – 500 AZN
Müsabiqəyə təqdim olunacaq təkliflərin qəbulu 1 aprel 2024-cü il tarixindən başlayaraq 14 aprel 2024-cü il tarixi də daxil olmaqla müraciət formasını doldurmaqla həyata keçiriləcək.
Müraciət üçün keçid: https://forms.gle/j3Uss6QsJvKSwo3M7
|
|
03.04.2024 | 10:10 | |
|
|
|