"Azərbaycan müəllimi" qəzetinin onlayn versiyası üçün müxbir vakansiyası elan edilir!

Tələblər:

  • ali təhsil;
  • xəbər saytlarında minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan ədəbi dilinin normalarını bilmək;
  • ölkənin elm, təhsil islahatları və yeniliklər barədə məlumatlılıq;
  • təşəbbüskarlıq və məsuliyyətlilik;
  • xarici dil biliyi üstünlükdür.

 

İşin təsviri:

  • elm və təhsil sahəsinə dair xəbərlər hazırlamaq;
  • təhsil gündəminə uyğun açıqlamalar almaq;
  • müsahibələr götürmək.

 

İş yeri: "Azərbaycan müəllimi" qəzetinin redaksiyası

İş vaxtı: I-V günlər, saat 09:00-dan 18:00-dək

Müraciət üçün son tarix: 22 aprel 2024-cü il

 

Maraqlanan şəxslər CV-lərini career@media.edu.az elektron poçt ünvanına göndərə bilərlər. Başlıqda isə “Azərbaycan müəllimi” qeyd edilməlidir.

 



03.04.2024 | 09:55