“Təhsildə ekoloji tərbiyə” mövzusunda tədbir keçirilib | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Təhsildə ekoloji tərbiyə" mövzusunda tədbir keçirilib.
Tədbirin gedişində İBT201S qrupunun tələbələri ekologiyaya dair sərgi, təbiətə həsr olunmuş rəqs və şeirlər təqdim ediblər.
Daha sonra tədbirin qonağı olan ADPU SABAH məzunu, Hədəf STEAM liseyinin Abşeron filialının ibtidai sinif, təlim-tərbiyə və tədris işləri üzrə müdir müavini Mətanət Hüseynova çıxış edərək, təhsildə ekoloji tərbiyənin təşkili və istifadə olunan metodlardan bəhs edib.
Eyni zamanda, dosent Elnurə Səfərova və Mətanət Hüseynova ilə birgə İBT201S qrup tələbələri ilə açıq dərs keçirilib. Dərs STEAM modeli ilə inteqrasiya edilib, “mTİNY” robotu ilə tələbələr robotlara düzgün kodlaşdırma tətbiq etmək və öz şəhərciklərini ekoloji qaydaya salmağı öyrəniblər.
|
|
02.04.2024 | 17:29 | |
|
|
|