Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak ediblər

Bakı şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Estoniya və Finlandiyada təcrübə mübadiləsində iştirak edib.

 

Təcrübə mübadiləsi müddətində “Ailə ilə əməkdaşlıq”, “Yaşıl məktəb layihələri”, “Robotika və təhsilin rəqəmsallaşdırılması” , “Effektiv ünsiyyət” kimi təlimlərdə iştirak ediblər.

 

Bununla yanaşı, Estoniya və Finlandiyanın məktəbəqədər təhsil təcrübəsi, bağçaların fəaliyyəti ilə də yaxından tanış olublar.

 

Təcrübə mübadiləsinin keçirilməsində məqsəd beynəlxalq təcrübənin öyrənilməsi və həmin təcrübəni yerli məktəbəqədər təhsil sistemində tətbiq etməkdən ibarətdir.

 

Məktəbəqədər təhsildə uşaqların idrak, sosial-emosional, fiziki və nitq inkişafı üçün imkanların yaradılması bizim əsas hədəflərimizdəndir.

 

 



01.04.2024 | 15:46