Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyat sona yaxınlaşır

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə qeydiyyatın  bitməsinə son 3 gün qalıb.

 

Bu barədə Təhsil İnstitutundan bildirilib.

 

7 aprel tarixində keçiriləcək müsabiqə üçün qeydiyyat 11 mart tarixindən başlayıb.

 

Müsabiqədə iştirak etmək istəyən şagirdlər https://kenquru24.az/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. Müsabiqədə iştirak ödənişlidir. Şagirdlər yuxarıda qeyd edilən sayt vasitəsilə qeydiyyatdan keçməli və buraxılış vərəqəsini çap etməlidirlər.

 

 

 



01.04.2024 | 12:56