13 ali təhsil müəssisəsinin akkreditasiya nəticələrinə dair beynəlmiləlləşmə üzrə tematik hesabatın təqdimatı olub

Uşaq-Gənclər İnkişaf Mərkəzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov tərəfindən 2023-cü ildə keçirilmiş 13 ali təhsil müəssisəsinin akkreditasiya nəticələrinə dair beynəlmiləlləşmə istiqaməti üzrə tematik hesabatın təqdimatı olub .

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri,  ötən il institusional akkreditasiyası keçirilən ATM-lərin beynəlxalq əlaqələr üzrə prorektor və məsul şəxsləri, beynəlmiləlləşmə sahəsində təcrübəli şəxslər və bu istiqamətdə  maraqlı  olan təhsil ekspertləri iştirak ediblər.

 

Tematik təhlilin aparılmasının məqsədi 2023-cü ildə akkreditasiya qiymətləndirilməsi yekunlaşan 13 ali təhsil müəssisəsinin beynəlmiləlləşmə istiqaməti üzrə nəticələrini təhlil edərək, onların sözügedən istiqamətdə güclü və zəif tərəflərini müəyyənləşdirmək,  beynəlmiləlləşmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsindən ibarətdir.

 

Tədbirdə ali təhsil müəssisələrinin beynəlmilləşmə istiqamətində dəstəklənməsi ilə bağlı müzakirələr aparılıb.

 

 



01.04.2024 | 10:42