“Sərhədsiz riyaziyyatçılar” layihəsi çərçivəsində dərslər keçirilib

ADA Universitetində X və XI sinif şagirdləri arasında “Sərhədsiz riyaziyyatçılar” layihəsi çərçivəsində dərslər keçirilib.  ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin riyaziyyat müəllimi Yaqub Əliyev tərəfindən keçirilən dərslərdə məqsəd riyazi analitika və məntiqi təfəkkürün inkişaf etdirilməsi, riyazi bilikləri praktika ilə birləşdirərək olimpiada səviyyəsində biliklərə nail olmaqdır.

 

Qeyd edək ki, “Sərhədsiz riyaziyyatçılar” layihəsi üzrə keçirilən olimpiadada Respublika fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri- İsmayıl İsmayılzadə I, Amin Abbasov II,  Aydan Zaidova III yerləri  tutaraq  medallarla mükafatlandırılıblar.  

      

Sifai SƏFƏROVA

 



29.03.2024 | 15:12