Lənkəran Dövlət Universitetində Elm Gününə həsr olunmuş dəyirmi masa

Lənkəran Dövlət Universitetində (LDU) Elm Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

 

Tədbiri giriş sözü ilə açan LDU rektorunun müşaviri texnika elmləri doktoru, professor Mikayıl Məhərrəmov iştirakçıları Elm Günü münasibətilə təbrik edib.  O, Lənkəran Dövlət Universitetində son illərdə görülən işlərdən danışıb, elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

 

LDU-nun təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov, aqrar və mühəndislik fakültəsinin dekanı dosent Balayar Şahbazov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Gülbəniz Əliyeva, tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Afaq Qasımova, filologiya və ibtidai təhsil fakültəsinin dekanı dosent Elman Mirzəyev çıxışlarında ölkədə elmin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən bəhs edib, qarşılıqlı fikir mübadiləsi aparıblar.

 

Çıxışlarda bildirilib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır.

 

Dəyirmi masada LDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar, doktorant və dissertantlar, gənc tədqiqatçılar iştirak ediblər.

 



27.03.2024 | 19:45