Q1 kvartilli jurnallarda dərc olunan elmi işlərin sayı artıb | |
2019-2023-cü illər arası Q1 kvartilli jurnallarda dərc olunan elmi işlərin sayı artan dinamika ilə inkişaf edib. Bu da ölkədə aparılan tədqiqatların və onların nəticələri barədə dərc olunan elm işlərin keyfiyyətinin artmasının göstəricisidir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qeyd olunan illər ərzində ən yüksək artım (54%) 2023-cü ildə qeydə alınıb, Q1 kvartilli jurnallarda 712 elmi iş dərc edilib.
Qeyd edək ki, 2023-cü ildə Elm və Təhsil Nazirliyi bütün elm və ali təhsil müəssisələrinə həm Scopus, həm də Web of Science elmmetrik bazalarına çıxışı təmin edib.
|
|
27.03.2024 | 15:13 | |
|
|
|