UNEC əməkdaşı Miçiqan Universitetinin “Weiser” post-doctoral təqaüdünün qalibi olub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva dünya reytinq sıralamasında TOP 30-da olan ABŞ-nin Miçiqan Universitetinin “Weiser Professional Post-doctoral Fellowship” proqramının tam təqaüdlə qalibi olub.

 

UNEC-dən bildirilib ki, N.Hacıyeva 2024-cü ilin payız semestrində (3 ay yarım müddətində) “post-doctoral” tədqiqatını Miçiqan Universitetinin “Weiser Avrasiya və Avropa Araşdırmaları” (Weiser Center for Europe and Eurasia (WCEE)) beyin mərkəzində və “Siyasi Elmlər” məktəbində davam etdirəcək. O, proqramda iştirak etmək üçün post-doctoral tədqiqat işinin aktuallığına və elmə verəcək yüksək töhfəsinə görə iki amerikalı professor Prof. Dr. John Branch və Prof. Dr. Pauline Jones tərəfindən dəstək məktubu əldə edib.

 

Elmi komissiya N.Hacıyevanın elmi fəaliyyətini, liderlik qabiliyyətini və akademik uğurlarını əsas götürərək, onu “Weiser”post-doctoral təqaüdünə layiq görüb.

 

Nüfuzlu proqram olan “Weiser” təqaüdünü bu il, ümumilikdə dünya üzrə müraciət edən 400 namizəddən 5 nəfər qazanıb. N.Hacıyeva Azərbaycandan bu təqaüdü qazanan yeganə qalibdir.

 



27.03.2024 | 14:35