AzTU-da “Ustadlıq Mərkəzi” açılıb

Oktyabrın 30-da Azərbaycan Texniki Universitetində (AzTU) “Rusiya Federasiyası, Çin və Azərbaycanda  binaların enerji və ekoloji səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavırı”-ERASMUS+ layihəsi çərçivəsində yaradılmış “Ustadlıq Mərkəzi”nin açlışı olub.

 

Tədbiri açan AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov  “Ustadlıq Mərkəzi”də yerləşən avadanlıqların  tədrisin keyfiyyətinə təsirindən danışaraq Mərkəzin işinə uğurlar arzulayıb.

 

ERASMUS+layihəsinin regional texniki direktoru, AzTU-nun professoru Həsən Hüseynov layihə haqqında və layihə çərçivəsində görülən işlər barədə danışıb.

 

Daha sonra AzTU-nun professoru Vaqif Həsənov “Ustadlıq Mərkəzi”də yerləşən avadanlıqların idarə olunması və funksiyaları haqqında iştirakçılara məlumat verib.

 

Tədbirə dəvət olunan Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Azərbaycan Fransa Universitetinin rektoru Yohan Şitterer layihə haqqında öz fikirlərini söyləyib və Azərbaycanın ali təhsil müəsissələrinin beynəlxalq layihələrdə uğurlu iştirakından danışıb.

 

Tədbirdə iştirak edən Milli ERASMUS+ bürosunun rəhbəri Pərviz Bağırov, İnşaat İşçiləri Həmkarlar Komitəsinin sədri Ülvi Hüseynov, AMEA-nın Radiasiya Problemləri İnstitutunu nümayəndəsi Rəvan Əliyeva və ERASMUS+ layihəsində iştirak edən Memarlıq və İnşaat Universitetinin, Sumqayıt Dövlət Univesitetinin nümayəndələri çıxışlarında ERASMUS+layihəsinin əhəmiyyətindən danışaraq “Ustadlıq Mərkəzi”nin fəaliyyətinə uğurlar arzulayıblar.



30.10.2018 | 18:09