BP şirkəti BMU-ya beynəlxalq universitetlərdə istifadə olunan dərsliklər təqdim edib | |
Bakı Mühəndislik Universitetinin (BMU) kitabxanasına BP şirkəti tərəfindən beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş beş dərsliyin Azərbaycan dilinə tərcümə nüsxələri təqdim olunub.
Belə ki, “Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında”, “Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə”, “İqtisadi siyasət. Nəzəriyyə və praktika”, “İnformasiya təhlükəsizliyi prinsipləri”, “Növbəti. Gələcəyin qısa tarixi” adda, ümumilikdə 200 nüsxə dərslik artıq ali təhsil müəssisəsinin kitabxanasına daxil olub.
Ali təhsil müəssisələrinin qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş sosial layihə çərçivəsində BP-nin maliyyələşdirdiyi nəşrlər dünyada ən geniş istifadə olunan dərsliklərdir.
Layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilən nəşrlər yerli universitet və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilib. Bu dərsliklər bir çox aparıcı beynəlxalq universitetlər tərəfindən icbari tədris vəsaitlərinin siyahısına daxildir.
|
|
18.03.2024 | 13:05 | |
|
|
|