Beynəlxalq olimpiadalar qalibi Fidan Hüseynova ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna qəbul olub

Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə- ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

 

Təhsil İnstitutundan bildirilib ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. O, informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında 4 dəfə qızıl medal, iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.

 

Fidanı təbrik edir, təhsilində uğurlar diləyirik!

 



15.03.2024 | 16:30