İşə qəbulda uğur qazanmış namizədlər üçün təlimlər davam edir | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər davam edir.
Belə ki, növbəti təlimlərə direktor müavini vəzifəsi üçün 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərərək müsahibədən uğurla keçmiş namizədlər cəlb olunublar.
Təlimlərin əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq ilə bağlı müvafiq fikirlərin formalaşdırılmasından ibarətdir.
Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün müsahibədən uğurla keçmiş namizədlərə təlimlərdə idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə kommunikasiyanın genişləndirilməsi, məktəblərin daxili nizam-intizam qaydalarının tətbiqi vəziyyətinin nəzarətdə saxlanmasının vacibliyindən danışılıb.
Daha sonra məktəb mühitinin səmərəli təşkili istiqamətində təcrübə qazanması baxımından bu cür təlimlərin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə məlumat verilib, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Qeyd edək ki, təlimlər yekunlaşdıqdan sonra namizədlər müvafiq vəzifə üzrə təyinat alacaqlar.
|
|
15.03.2024 | 15:00 | |
|
|
|