“Kimyaçılar” dərnəyinin üzvləri Aşqarlar Kimyası İnstitutunda olublar

216 saylı tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın “Kimyaçılar” dərnəyinin üzvləri Aşqarlar Kimyası İnstitutunda ekskursiyada olublar.

 

Şagirdlər institutun gənc alimlərinin təqdimatında laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqların iş prinsipini öyrənib, bəzi əyləncəli-öyrədici təcrübələri izləyiblər.

 

Sonra şagirdlər institutun icraçı direktoru kimya elmlər doktoru, professor Əfsun Sucayevlə görüşüblər. O, şagirdlərə Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlar, əldə olunan nailiyyətlərdən danışıb, gələcəyin istedadlı mütəxəssislərinə öz məsləhətlərini verərək qeyd edib ki, belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolu böyükdür.

 

Daha sonra professor şagirdlərə müəllifi olduğu kitabları hədiyyə edib.

        

Görüşün sonunda şagirdlərin sualları cavablandırılıb.

 



14.03.2024 | 10:39