Azərbaycan Texnologiya Universiteti sənaye sahələri ilə əlaqələrini genişləndirir

Azərbaycan Texnologiya Universiteti  sənaye sahələri ilə əlaqələrini gücləndirmək məqsədilə bu dəfə "Şəki Şərab" və GİLTEX zavodları ilə əməkdaşlıq memorandumları imzalayıb.

 

Hər iki müəssisə ilə görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.

 

Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş "Şəki Şərab" zavodunun illik istehsal gücü 200 min dekalitr və ya 2,66 milyon şüşə şərab təşkil edir.
 

2012-ci ildən fəaliyyət göstərən GİLTEX isə 8 fabrikdən ibarət olmaqla, Cənubi Qafqaz regionunda vertikal inteqrasiya sistemi ilə qurulmuş yeganə yüngül sənaye müəssisəsidir.

 

 



13.03.2024 | 16:07