“Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” | |
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları Beyləqan rayonu Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbdə “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Mil-Muğan Regional Təhsil İdarəsindən verilən məlumata görə, tədbirdə çıxış edənlər son dövrlərdə dünyada təbii fəlakətlərin, texnogen qəzaların artdığını və bəşəriyyət üçün nə qədər böyük fəlakətlər törətdiyini söyləyib, ölkəmizdə də təbii fəlakət və texnogen qəzaların hər an baş verə biləcəyini və bu hallar zamanı hər bir insanın davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini bildiriblər.
Sonra mərkəzin əməkdaşları şagirdlərə baş verə biləcək hadisələrin qarşısının alınmasında, hadisələr zamanı davranış qaydalarına düzgün əməl edilməsində təbliğatın rolu haqqında, ərazi üçün xarakterik olan təbii fəlakətlər, mülki müdafiə, zəlzələ vaxtı, ondan əvvəl və sonra nə etməli, yanğınlar, partlayışlar, zəhərlənmə təhlükəsindən mühafizə olunmaq, təhsil müəssisələrində təhlükəsizlik tədbirləri haqqında geniş məlumatlar veriblər.
Şakir CƏFƏROV
|
|
12.03.2024 | 15:16 | |
|
|
|